ANBARIM Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) maliyyə dəstəyi göstərdi

icons-news-calendar

06.02.2023

icons-news-calendar

Oxunub:

852

Xəbəri çap et

icon-facebook-blue

6 fevral 2023-cü ildə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ümumilikdə 12.141 bina və 66.058 qeyri-yaşayış sahəsi dağılıb və ya ağır zərər görmüşdür. Həlak olanların sayı isə 48.000-i keçməkdədir.

Qardaşı dar gündə qoymaq olmaz. “ANBARIM” olaraq Türkiyənin bu ağır günündə yanında olmaq, acılarını paylaşmaq borcumuzdur.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 25.000 TL dəstək göndərdik.

ANBARIM rəhbərliyi və bütün kollektiv adından Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərə rəhmət, yaralılara şəfa tapmasını, dağıntılar altında qalanların tezliklə sağ-salamat xilas olmalarını diləyirik.