Biz kimik

əlaqə

Anbar sahəsi icarəsi üçün bizə zəng edin:

+99470 250 19 09

Anbarım haqqında ətraflı məlumat

Öz xidmət səviyyəsi ilə hər zaman fərqlənən “Anbarım”, sizə müxtəlif həcmli yüklər üçün nəzərdə tutulmuş anbar və ofis icarəsi xidmətləri təklif edir. Fərdi və ya anbar daxilində yerləşən ofis otaqları, müasir standartlara cavab verən, geniş həcmli anbar sahələrimizlə yüklərinizin təhlükəsiz və etibarlı saxlanmasının təminatçısıyıq. Anbar sahəsində təcrübəli və peşəkar əməkdaşlarımız, üstün keyfiyyət göstəricilərimizlə sizlərə yüksək səviyyəli xidmət təmin etmək əsas hədəfimizdir.

“Anbarım” olaraq tərəfdaşlarımızın istəyinə uyğun təhlükəsiz, geniş və rahat anbar və ofis sahələri, şəhərin əlçatan yerində keyfiyyətli və fasiləsiz xidmətlə sizlər üçün dəyər yaradırıq. Yüklərinizin növünə uyğun, isitmə və soyutma sistemləri ilə təchiz olunmuş, temperatur və rütubətə mütəmadi nəzarət olunan günlük və aylıq saxlama imkanı ilə Anbarım sizin üçün etibarlı və əvəzolunmaz tərəfdaşdır.

Ümumi sahəsi 26600 m2 olan “Anbarım”, 2100 m2  ofis sahələri, 400 maşınlıq və 30 tırlıq parkinq əraziləri, 21100 m²-dən başlayaraq anbar və istehsalat sahələri və 1100 m²-dən başlayaraq ofis sahələri ilə sizlərin xidmətindədir. Təhlükəsiz giriş-çıxış, 24 saat texniki dəstək və xüsusi mühafizə, hərəkətli video müşahidə və yanğın təhlükəsizlik sistemləri ilə yüklərinizin etibarlı mühafizəsinə təminat veririk. 

Anbarım haqqında ətraflı məlumat

Şirkətimizin missiyası

Peşəkarlıqla keyfiyyətli və faziləsiz xidməti birləşdirməklə, müştəri məmuniyyətini artırmaq və anbar sahəsində qüsursuz xidməti təmin etməklə gözləntilərinizi ən üst səviyyədə qarşılamağı hədəfləyirik.

Şirkətimizin missiyası

Şirkətimizin vizyonu

Təhlükəsiz və etibarlı xidməti rahatlıq və keyfiyyətlə birləşdirən, müasir texnologiyaya əsaslanan, dinamik ehtiyaclara cavab verən peşəkar və yüksək səviyyəli xidmətin ünvanı olmaqda iddialıyıq.

Şirkətimizin vizyonu
Anbarım necə işləyir?

İş prosesimizin mərhələli izahı

Biznesinizin müəyyən bir vaxtında malların və ya məhsulların saxlanması üçün ehtiyac yarana bilər. Bu zaman bizə müraciət etməzdən əvvəl iş prossesimiz ilə tanış olun

Saxlanma sahənizi seçirsiniz

Siz anbarımızda özünüzə məxsus bir sahə icarə götürə bilərsiniz. Bunun üçün siz veb-sayt vasitəsilə uyğun anbar ərazisini seçirsiniz və bizimlə əlaqə saxlayırsınız.

İcarə müqaviləsi bağlayırıq

Müqavilə formasında siz ad, ünvan məlumatlarınız və seçdiyiniz sahəni qeyd edirsiniz. Bundan sonra siz bizdən icarə müqaviləsi və giriş kodunu əldə edirsiniz.

Əşyalarınızı anbara yerləşdirirsiniz

Seçdiyiniz anbara yaxınlaşın, girişdə kodunuzu daxil edin və anbar ərazinizdən istifadə edin.