Tez-tez verilən suallar

Hər hansı bir sualınız varsa, cavab üçün “Tez-tez verilən suallar” bölməsinə nəzər salın! Əgər əlavə sualınız varsa və ya əlavə məlumat istəyirsinizsə, bizim faydalı, mehriban komandalarımız sizin istənilən suallarınıza cavab vermək üçün hazırdırlar.

Anbar sahələri barədə məlumatı veb-sayt vasitəsilə və ya bizə zəng edərək əldə edə bilərsiniz.

Sifariş üçün siz yalnız bizə zəng etsəniz kifayət edir. Zəng zamanı bizim operator sizə boş anbar sahələri barədə ətraflı məlumat verəcəkdir. Sizə uyğun olan sahəni öncədən rezerv etməklə lazımi məlumatları dolduracaqsınız. Sizə giriş kodu veriləcək və artıq bundan sonra siz həmin saxlanma sahəsindən istifadə edə bilərsiniz.

Xeyr. Hal-hazırda yalnız Bakı şəhəri ərazisində fəaliyyət göstəririk.

Bəli, qiymətlər soyutma və quru anbar tiplərinə görə dəyişir.

Anbarda saxlanması qadağan olan mallar aşağıakılardır.

  • Zəhərli və radioaktiv maddələr;
  • Tüstü və qoxu yayan materiallar;
  • Yanan materiallar və mayelər;
  • Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş əşyalar;
  • Silah və partlayıcı maddələr;
  • Pul və qiymətli kağızlar;