Karyera

Əmək haqqı 3000 və 5000 manat arasında olmaqla namizədin bilik və bacarıqlarına görə dəyişir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması;
  • Şirkətin vizyonunu və bazarda marka dəyərinin formalaşdırılması;
  • Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi;
  • Müştəriləri və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;
  • Biznes proseslər üzrə texniki sənədlərin hazırlanması;
  • Mənfəət və zərər proqnozu, bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;
  • Mümkün olan bütün vasitələrdən istifadə edərək işgüzar ünsiyyətlərin qurulması;
  • Biznes proseslərinin təkmilləşdirilməsi;
  • Şirkətin strateji marketinq planının icrasını həyata keçirmək;
  • Mütəmadi bazarın monitorinqini həyata keçirtmək, rəqiblərin qiymət və marketinq təkliflərini araşdırmaq;
  • Şirkətin tanıdılması üçün araşdırmaların edilməsi, yeni ideyaların hazırlanması, təkliflərin verilməsi;
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək;
  • Korporativ satış ilə bağlı bazar araşdırılmalarının aparılması;
  • Yeni məhsulların yaradılması, onların təşviqi metodlarının seçilməsi;
  • Təşkilatın məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi;
  • Layihələrin idarə olunması;
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
  • Dövri hesabatların hazırlanması və təhlili;
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi;

Tələb olunan keyfiyyətlər:

  • Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə və ya oxşar sahə üzrə ali təhsil
  • Maliyyə, bank və logistika sahəsində ən azı 2 illlik təcrübə
  • Biznes ideyasının yaradılması, inkişafı və iş təhlili sahəsində ən az 2 illik təcrübə
  • İşgüzar danışıqlarda ən az 2 illik təcrübə
  • Müqavilələrin aparılmasında təcrübə
  • Layihələrin idarə edilməsi sahəsində təcrübə arzuolunandır
  • Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yaxşı səviyyədə bilmək
  • İş qrafiki: bazar ertəsi-cümə günləri 09:00-dan 18:00-dək.

Bacarıqlar:

  • Kommunikasiya və ünsiyyət bacarıqları
  • Strateji düşünmə, analitik yanaşma və təhlil bacarığı
  • Problem həll etmə bacarıqları
  • Təqdimat bacarıqları
  • Vaxt idarəetmə bacarıqları

Qeyd olunan tələblərə cavab verən şəxslər öz CV-ni mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” qeyd etməklə info@anbarim.com elektron ünvanına göndərə bilərlər.

Əmək haqqı 800 və 1000 manat arasında olmaqla namizədin bilik və bacarıqlarına görə dəyişir.

 

Vəzifə öhdəlikləri:

  • Vergi hesabatlarının və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
  • Avans sahiblərinin balanslarına nəzarət etmək
  • İşçilərlə hesablaşmaların təmin edilməsi
  • Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatını hazırlamaq
  • Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
  • Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi
  • Maliyyə hesabatlarının tərtib edilməsi
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi
  • İş qrafiki: bazar ertəsi-cümə günləri 09:00-dan 18:00-dək.

Tələb olunan keyfiyyətlər:

  • 1C və MS Excel bilikləri
  • Komandada işləmək bacarığı

Qeyd olunan tələblərə cavab verən şəxslər öz CV-ni mövzu hissəsində “Mühasib” qeyd etməklə info@anbarim.com elektron ünvanına göndərə bilərlər.